20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
PA-da 5 qurum ləğv edilib, rəhbərləri işdən çıxarılıb - Siyahı
Tarix: 29-11-2019 18:20 | Bölmə: Gündəm
PA-da 5 qurum ləğv edilib, rəhbərləri işdən çıxarılıb - Siyahı

Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsi ləğv olunub.

Reyting.az
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Şöbənin müdiri Səadət Yusifova olub. O, Prezident Administrasiyasının yeni strukturda təmsil olunmayıb.

Bundan başqa, İnnovativ inkişaf və elektron hökumət məsələləri, eləcə də Dövlət nəzarəti şöbəsi də ləğv olunub.

Eyni zamanda, Əli Həsənovun rəhbərlik etdiyi İctimai-Siyasi Məsələlər üzrə şöbə də ləğv edilib, rəhbəri işdən çıxarılıb.

Bundan başqa, Prezident İlham Əliyev Dilarə Seyidzadənin Prezidentin Katibliyinin rəisi - Prezidentin köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Prezidentin Katibliyinin rəisi - Prezidentin köməkçisi vəzifəsi ləğv edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər