Prezident İlham Əliyev Türkiyədə TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılışında çıxış edib
Tarix: 30-11-2019 16:33 | Bölmə: Gündəm
Prezident İlham Əliyev Türkiyədə TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılışında çıxış edib

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimi keçirilir.

Reyting.az
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz çıxış edərək layihə haqqında məlumat verib.

Sonra TANAP layihəsi çərçivəsində görülən işləri əks etdirən videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.

Daha sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Ərdoğan deyib ki, TANAP hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun simvoludur: "TANAP-la ildə 16 mlrd. kubmetr Azərbaycan təbii qazının Türkiyə və Avropanın istifadəsinə təqdim edilməsi xəyaldan çıxıb reallığa çevrilib. Ölkələrimiz və bölgəmiz üçün tarixi bir andır. TANAP regional sülh layihəsidir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}