21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Yanvarın 18-dən sonra karantin qaydaları yumşaldılacaq? - Açıqlama
Tarix: 07-01-2021 17:04 | Bölmə: Gündəm
Yanvarın 18-dən sonra karantin qaydaları yumşaldılacaq? - Açıqlama

“Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması ilə bağlı heç bir məlumatım yoxdur. Bu barədə qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma statistikasına baxaraq qəbul edə bilir”.

Reyting.az
xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O, COVİD-19-un mutasiyaya uğramış formasından da danışıb. Bildirib ki, yalnız PCR vasitəsilə virusun olub-olması məlum olur: “Virusun növünü, mutasiyasını və ya yeni ştamlarının olduğunu araşdırmırıq. Məlum olan ştam haqqında dəqiq məlumat odur ki, yoluxma sürəti daha yüksəkdir. Lakin daha ağır xəstəlik törədir, yaxud daha çox ölümə səbəb olur, fəsadları meydana çıxır kimi dəqiq məlumatlar yoxdur”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər