Azərbaycanda daha 322 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib
Tarix: 17-01-2021 16:10 | Bölmə: Gündəm
Azərbaycanda daha 322 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 322 yeni yoluxma faktı qeydə alınıb, 845 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 227 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 263 nəfər müalicə olunaraq sağalıb, 3 009 nəfər vəfat edib, aktiv xəstə sayı 8 996 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 318 min 193 test aparılıb. Bugünkü test sayı isə 6 776-dır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}