09:19 / 05-11-2024
ABŞ-da seçki başlayır
Rəcəb Tayyib Ərdoğan: “BMT Təhlükəsizlik Şurası yenidən qurulmalıdır"
Tarix: 14-04-2016 15:09 | Bölmə: Gündəm


İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlət başçılarının Zirvə toplantısındakı çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Mən müsəlmanam. İslam adına hər gün məzlumları öldürən, yağmalayan terror hörgütləri müsəlman ola bilməzlər! Onlar İslam adına hərəkət edəməz, müsləmanlara faydalı olamaz”- deyib.

Zirvə toplantısına aparıcılıq edən Türkiyə prezidenti daha sonra bunları söyləyib:

"Biz İslam dövlətləri olaraq nə qədər bir birimizə düşəriksə, insanlarımız bir o qədər zərər çəkəcək. Hazırda qırılan, zərər görən, əziyyət çəkən hər yerdə müsəlmanlardır. Ona görə də biz yapıcı olmalıyq. Dostların sayını artırıb, düşmənlərin sayını azaltmalıyıq.

İslam sülh və barış dinidir. İxtilafları deyil, bağlılıqları gücləndirməlidiyik. Çünki yaşanan toqquşmalardan zərər görən sadəcə, müsəlmanlardır, İslam ölkələridir. Dostları çoxaltmaq, düşmənləri azaltmalıyıq. Bugünki zirvənin xüsusən bütün müsəlmanların birliyi, bərabərliyi yolunda bir milad, dönüş nöqtəsi olmasını Allahdan diləyirəm”.

R.T.Ərdoğan bildirib ki, hazırda İŞİD, "Boko Haram", "əş-Şahab" qruplaşmalarının İraq, Suriya, Liviya, Afrika və dünyanın digər ərazilərində törətdiyi terror aktlarından ən çox müsəlmanlar əziyyət çəkir: "Bu terror təşkilatlarının əsas zülmü müsəlmanlaradır. Dünyanın hər yerində insanlara qarşı törədilən aktları pisləşmişik”.

R.T.Ərdoğan Qərb ölkələri tərəfindən terror hadisələrinə ikili yanaşma sərgiləndiyini də söyləyib:

"Parisdə, Brüsseldə baş verən terrordan danışdılar. Ancaq Ankara, İstanbul, Lahorda törədilmiş terror aktlarından bəhs etmədilər. Bu terror aktlarında yüzlərlə insan öldü. Fərqi yoxdur, bir insan da ölsə, bütün insanlığın ölümüdür. Lakin Paris, Brüsseldəki terrordan danışanlar niyə İstanbul, Ankara, Lahordakı terroru demir?

Bu ikili yanaşma bizi üzür. Terror təşkilatlarının hamısına qarşı eyni formada mübarizə aparmaq lazımdır. Buradan bir daha dünya ictimaiyyətini terror təşkilatlarına münasibətlərini gözdən keçirməyə çağırıram”.

Türkiyə prezidenti İƏT ölkələri arasında terrora qarşı əməkdaşlığı möhkəmləndirməyin vacibliyini də diqqətə çatdırıb:"Türkiyə bu sahədə işlərin təşkilatlandırılmasının tərəfdarıdır. Eyni formada Səudiyyə Ərəbistanının başçılığı ilə qurulan İslam İttifaqını dəstəkləyirik. İslam aləmində baş verən böhranlara başqa güclərin müdaxiləsini gözləmək əvəzinə, bu problemləri özümüz həll etməliyik. Onlar müdaxilə edəndə neft üçün müdaxilə edirlər”.(APA)

Musavat.com isə xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının quruluşunu da tənqid edənƏrdoğan deyib ki, ədalətsizlik üzərində qurulan bir qurum dünyaya ədalət dağıta bilməz:

"Bu, dəyişdirilməlidir. Biz də İslam ölkələri olaraq, orada öz yerimizi, haqqımızı tələb etməliyik. Ağlamayan uşağa süd verilməz. Biz də öz haqqımızı israrla tələb etməliyik. BMT TŞ dünyadakı gerçəklikləri, yapılanmaları nəzər alaraq, yenidən qurulmalıdır".

Ərdoğan dostluq və qardaşlıq çağırışlarından sözə keçmək, gəncliyə, qadınlara önəm vermək təklifini də verib: "Bir təklifim var - İslam İş birliyi Təşkilatının Qadın Konfransı oluşdurulsun. Müsəlmanların öz qadınlarının dərdlərini danışmaq və həll etmək üçün bir təşkilatı olsun”.

Ərdoğan müsəlmanların problemləri sırasında Şimali Kipr Türk Cümhuriyyətinə dəstək verilməsi zərurətini də söyləyib:"O müsəlmanlara biz dəstək verməyəcəyik, bəs kim verəcək?".

Ərdoğan dünyanın gündəmində olan bir mövzudan da danışıraraq deyib ki, Ağ dəniz üzərindən sınıq-salxaq qayıqlarda, gəmilərdə Avropaya axan milyonlarla insanın hamısı müsəlmanlardı:

"Bu, bizim utanc səhifəmizdir. Əvvəllər Avropadan bizim torpaqlarımıza axın var idi. İndi bu axının tərsinə dönməsinin səbəblərini yaxşı təhlil etməmiz lazımdır".

 





Bölməyə aid digər xəbərlər