18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Azərbaycan komandası İsveçi böyük hesabla məğlub edib
Tarix: 16-11-2023 23:32 | Bölmə: İdman
Azərbaycan komandası İsveçi böyük hesabla məğlub edib

Bu gün AVRO-2024-ün seçmə mərhələsində IX tura start verilib.

Reyting.az
xəbər verir ki, F qrupunda mübarizə aparan Azərbaycan millisi də növbəti oyununu keçirib.

Yığmamız İsveç komandası ilə qarşılaşıb. Bu, Canni de Byazinin yetirmələrinin son ev oyunu olub. Millimiz doğma azarkeşlər önündə İsveç millisini məğlub edib: 3-0.

AVRO-2024-ün seçmə mərhələsi
F qrupu, IX tur
16 noyabr


21:00. Azərbaycan - İsveç 3-0


Qol: E. Mahmudov, 3,89, R. Dadaşov, 6

Qırmızı kart: B. Mustafazadə, 58

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 9. Renat Dadaşov

Baş məşqçi: Canni De Byazi

İsveç: 1. Robin Olsen, 13. Ken Sema, 4. Filip Helander, 3. Viktor Lindelöf (k), 14. Linus Valqvist, 10. Emil Forsberq, 18. Samuel Qustafson, 9. Yens Kayuste, 19. Mattias Svanberq, 21. Deyan Kulusevski, 17. Viktor Qyökeres

Baş məşqçi: Yanne Anderson

Baş hakim:
Esther Staubli (İsveçrə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.(Apasport)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}