Mətbuat katibi yeni vəzifəyə təyin olunub
Tarix: 03-04-2024 11:08 | Bölmə: İdman
Mətbuat katibi yeni vəzifəyə təyin olunub

Azərbaycan Milli Paralimpiya Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rüfət Hacılı yeni vəzifəyə təyin olunub.

Reyting.az
xəbər verir ki, o, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) icraçı direktoru təyin edilib.

Qeyd edək ki, IBSA özündə 120 ölkədən çox üzvü birləşdirən görmə məhdudiyyətli şəxslərin ən böyük idman təşkilatıdır. Assosiasiya 10 idman növünün koordinasiyası ilə məşğuldur. Bunlardan üçü paralimpiya üzrə paracüdo, qolbol və futbol idman növləridir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər