Azərbaycan millisi Avropa birinciliyinə qatılacaq
Tarix: 04-04-2024 10:54 | Bölmə: İdman
Azərbaycan millisi Avropa birinciliyinə qatılacaq

Bu gün Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyi start götürəcək.

Reyting.az
xəbər verir ki, 10 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

Yığmamız birincilikdə 11 boksçu ilə təmsil olunacaq. Məşqçilər korpusu Poreçdə Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq), Məhəmmədəli Aşurəliyev (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), İbrahim Zeynalov (63,5 kq), Abbasqulu Şadlinski (67 kq), Ziya Həsənov (71 kq), Lalə Mədətova (48 kq), Qızbəs İsgəndər (60 kq) və Emili Rzayevaya (66 kq) şans verəcək.

Komandaya Azərbaycan Boks Federasiyası İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək. Hakimlər Komitəsinin sədri Emil Qurbanəliyev isə referilər sırasında yer alacaq.

Qeyd edək ki, yarışda 35 ölkədən 376 (253 oğlan, 123 qız) boksçunun iştirakı gözlənilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}