Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Tarix: 07-04-2024 18:14 | Bölmə: İdman
Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Məlumata görə, 26 yaşlı idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu bacarıb.

26 yaşlı Avropa çempionu Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovdan güclü olub. Qitə çempionlarının duelindən Əliabbas Rzazadə 4:3 hesablı qələbə ilə ayrılıb.

Bununla Azərbaycanın Paris-2024-ə lisenziya qazanan idmançılarının sayı 12-yə yüksəlib. Daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) olimpiadaya lisenziya əldə etmişdi(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}