Super Kubok oyunu yarımçıq bitib - "Fənərbaxça" 2-ci dəqiqədə meydandan çəkilib
Tarix: 07-04-2024 22:47 | Bölmə: İdman
Super Kubok oyunu yarımçıq bitib - "Fənərbaxça" 2-ci dəqiqədə meydandan çəkilib

Superliqanın son çempionu "Qalatasaray" ilə Türkiyə kubokunun qalibi "Fənərbaxça" bu gün 2023-cü il Turkcell Superkuboku uğurunda Şanlıurfada üz-üzə gəlib.

Məlumata görə, "Fənərbağça" əvvəldən elan etdiyi kimi oyuna U19-larla çıxıb və matç başlayandan cəmi 2 dəqiqə sonra meydanı tərk edib.

Buna qədərsə "Qalatasaray" ilk dəqiqənin ilk hücumunda İkardinin qolu ilə hesabı açıb.

Beləliklə, tarixi oyunla bağlı son qərarı federasiya verəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}