Millimiz İsveçrəyə məğlub olub
Tarix: 09-04-2024 18:01 | Bölmə: İdman
Millimiz İsveçrəyə məğlub olub

Avropa çempionatının seçmə mərhələsində bu gün Azərbaycanın qadın futbolçulardan ibarət milli komandası növbəti oyununu keçirib.

Reyting.az
xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Bakıda İsveçrəni qəbul edib.

B Liqasının I qrupunun matçında komandamız rəqibinə 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, millimiz yer aldığı B Liqasının I qrupunun ilk matçında səfərdə Macarıstanla heç-heçə edib - 1:1. İsveçrə isə Türkiyəni 3:1 hesabı ilə üstələyib. Azərbaycan millisi mayın 31-də səfərdə “ay-ulduzlular”ın qonağı olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}