Konfrans Liqası: "Fənərbağça" - "Olimpiakos" oyunu bu kanalda şifrəsiz yayımlanacaq
Tarix: 17-04-2024 09:18 | Bölmə: İdman
Konfrans Liqası: "Fənərbağça" - "Olimpiakos" oyunu bu kanalda şifrəsiz yayımlanacaq

Türkiyədə UEFA Konfrans Liqasının yayım hüquqlarına sahib olan Acun Ilıcalı "Survivor" yarışmasında türk azarkeşlərini sevindirən qərarını açıqlayıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Konfrans Liqasının 1/4 finalında "Fənərbağça" ilə "Olimpiakos" arasında keçiriləcək cavab matçının sahibi olduğu TV8-də şifrəsiz yayımlanacağını bəyan edib.

Xatırladaq ki, oyun 18 aprel, saat 23.00-da İstanbulda keçiriləcək.

Onu da qeyd edək ki, ilk oyunda "Fənərbağça" 3:2 uduzub.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}