“Mançester Yunayted” son 28 ildəki ən pis nəticəsini təkrarladı
Tarix: 17-12-2018 00:22 | Bölmə: İdman
“Mançester Yunayted” son 28 ildəki ən pis nəticəsini təkrarladı

İngiltərə çempionatının 17-ci turunda “Mançester Yunayted” səfərdə “Liverpul”a 3:1 hesabı ilə məğlub olub.

Reyting.az xəbər verir ki, mankuianlar bu oyundan sonra 26 xalda qalıb və son 28 ildəki ən pis nəticəsini təkrarlayıb.

“Qırmızı şeytanlar” bu qədər xalı 1990/91-ci il mövsümünün startından sonrakı 17 turda toplaya bilmişdi. O zaman klub mövsümü 6-cı yerdə başa vurmuşdu.

“Mançester Yunayted” bu mövsümdə də turnir cədvəlində 6-cı yeri tutur. Çempionlar liqasında oynamaq imkanı verən 4-cü yerdəki klubdan 11, lider “Liverpul”dan 19 xal geridə qalır.

“Mançester Yunayted” növbəti turda “Kardiff Siti” ilə dekabrın 22-də qarşılaşacaq. Joze Mourinyonun klubu son altı oyunda yalnız bir qələbə qazanıb.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}