"Qarabağ" Çexiya komandasına qalib gəlib - Hesab
Tarix: 20-01-2019 13:05 | Bölmə: İdman
"Qarabağ" Çexiya komandasına qalib gəlib

"Qarabağ" komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında növbəti yoxlama oyununa çıxıb.

Rəqib Çexiya "Bohemians"ı olub.

"Gloria Sports Arena"da təşkil olunan qarşılaşma Azərbaycan klubunun əzmkar qələbəsi ilə yekunlaşıb - 3:1.

Hesabı 24-cü dəqiqədə rəqib komandadan Yakub Nekas açıb. Lakin Filip Ozobiç 36, Donald Gerrye 62, Simeon Slavçev isə 90-cı dəqiqədə fərqlənərək fərqi "Qarabağ"ın xeyrinə dəyişiblər.

Qeyd edək ki, "Qarabağ" əvvəlki yoxlama oyununda Macarıstan "Uypeşt"inə uduzub - 0:1. Rumıniya "Botoşani"si ilə qarşılaşma isə əlverişsiz hava şəraiti üzündən baş tutmayıb.

Yoxlama oyunu

"Qarabağ" - "Bohemians" (Çexiya) - 3:1

Qollar: Filip Ozobiç, 36. Donald Gerrye, 62. Simeon Slavçev, 90 - Yakub Nekas, 24.(goal.az)




Bölməyə aid digər xəbərlər
11-10-2024, 13:33 Mesut Özil Bakıya gəlib
10-10-2024, 18:01 Millimiz məğlub olub

{sape_links}{sape_article}