Daha iki oyunun başlanma vaxtı dəyişib
Tarix: 25-02-2025 15:57 | Bölmə: İdman
Daha iki oyunun başlanma vaxtı dəyişib

Misli Premyer Liqasının XXV turunun iki oyununun başlanma vaxtı dəyişib.

Reytng.az
xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Yayım və təşkilati məsələlər ilə əlaqədar olaraq “Turan Tovuz” - “Zirə” və “Sabah” - “Araz Naxçıvan” görüşləri əvvəlcədən açıqlanmış saatdan 30 dəqiqə tez, müvafiq olaraq, 17:30 və 19:30-da start götürəcək.

Hər iki qarşılaşma martın 4-də keçiriləcək.




Bölməyə aid digər xəbərlər