23:44 / 25-06-2019
Fuad Abbasov Bakıya gəldi
Azarın “Real”a transferi Bakıdakı finaldan sonraya qaldı
Tarix: 25-05-2019 12:49 | Bölmə: İdman
Azarın “Real”a transferi Bakıdakı finaldan sonraya qaldı

“Real” Avropa liqasının Bakıda mayın 29-da keçiriləcək finalından sonra Eden Azarın transferi ilə bağlı “Çelsi”ilə razılığa gəlmək üçün yeni cəhd edəcək.

Reyting.az xarici mediaya istinadən xəbər verir ki, klublar arasında bu transferlə bağlı hələ mart ayında əlaqə qurulsa da, ancaq son zamanlar “Arsenal”la final oyununa görə ünsiyyət dayandırılıb.

Bakıdakı finaldan sonra danışıqların bərpa olunacağı gözlənilir, ancaq “Çelsi” Azarın qiymətini aşağı salmaq niyyətində deyil. London klubu belçikalı yarımmüdafiəçi üçün 130 milyon avri tələb edir. Bundan əlavə, razılaşmaya bonusların daxil edilməsi də nəzərdə tutulur.

“Real” isə bir il sonra London klubu ilə müqaviləsi başa çatacaq Azara görə 88 milyondan çox təklif edir.

Azar özü “Santyaqo Bernabeu”da oynamaq istəyir və bunu “Çelsi” rəhbərliyinə də bildirib. O, hətta yay transfer pəncərəsində satılmasa, müqaviləsini uzatmayacağını da deyib.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}