Bu gün İspaniya Kubokunun finalıdır
Tarix: 25-05-2019 15:31 | Bölmə: İdman
Bu gün İspaniya Kubokunun finalıdır

İspaniya Kubokunun növbəti qalibi müəyyənləşəcək.

Reyting.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq final oyununda “Barselona” və “Valensiya” Kuboku qazanmaq uğrunda mübarizə aparacaq.

İspaniya çempionu olan Kataloniya klubu bu qarşılaşmada qalib gələrsə 31-ci dəfə Kubokun sahibi olacaq.

“Valensiya” qalib gələcəyi təqdirdə bu, komandanın 8-cı kuboku olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}