16:39 / 28-11-2024
Sabah qar yağacaq
Milner: Messi məni eşşək adlandırıb
Tarix: 26-05-2019 18:46 | Bölmə: İdman
Milner: Messi məni eşşək adlandırıb

“Liverpul”un yarımmüdafiəçisi Ceyms Milner Çempionlar liqası yarımfinalının birinci oyununda fasilə zamanı “Barselona”nın hücumçusu Lionel Messi ilə söhbətindən danışıb.

“Messi narazı idi. Biz tunelə düşəndə o mənim ünvanıma ispan dilində danışırdı. Leo məni burro adlandırdı. Bu, tərcümədə eşşək deməkdir. Lakin mənə elə gəlir ki, İspaniya futbolunda bu ifadə kobud davranan oyunçulara qarşı istifadə olunur.

Mən soruşdum ki, onunla hər şey qaydasındadır. Düşünmürəm ki, o mənim ispanca başa düşdüyümü anladı. Messi dedi ki, mən ona qarşı qayda pozmuşam, növbəti epizodda isə məni driblinqlə keçə bilib. Mən onu qoyub soyunub-geyinmə otağına getdim”, - Reyting.az xarici mediaya istinadən bildirir ki, Milner söyləyib.

Birinci oyun “Barselona”nın 3:0 hesablı qələbəs ilə başa çatıb. “Enfild” stadionunda keçirilən cavab qarşılaşmasında isə “Liverpul” kataloniyalıları 4:0 hesabı ilə darmadağın edərək finala vəsiqə qazanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər