14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
“Nyukasl” ərəblərə satıldı
Tarix: 27-05-2019 20:39 | Bölmə: İdman
“Nyukasl” ərəblərə satıldı

İngiltərənin köklü klublarından olan “Nyukasl”ın ərəblərə satılması ilə bağlı razılıq əldə olunub.

Reyting.az bildirir ki, Şeyx Xalid bin Zayed Əl Nehayanın təmsilçisi “Daily Mail”ə açıqlamasında razılaşmanın başa çatdığını söyləyib.

Şeyx Xalid “Mançester Siti”nin sahibi Şeyx Mansurun əmisi oğludur.

Məlumata görə, razılaşma klubun prezidenti Mike Ashley ilə Dubay mənşəli milyarder Şeyx Xalid arasında 350 milyon funta əldə edilib.

Təmsilçi açıqlamasında Şeyx Xalidin baş məşqçi Rafa Benitesi klubda saxlamağa müsbət yanaşdığını da vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}