“Barselona”nın keçmiş ulduzu baş məşqçi oldu
Tarix: 28-05-2019 18:56 | Bölmə: İdman
“Barselona”nın keçmiş ulduzu baş məşqçi oldu

“Barselina”nın İspaniya millisinin keçmiş yarımmüdafiəçisi Xavi əvvəl oynadığı Qətərin “Al-Sadd” klubunun baş məşqçisi olub.

Reyting.az xarici mediaya istinadla bildirir ki, 39 yaşlı ispaniyalı mayın 20-də vida oyununu keçirib.

Xavi ötən mövsümdə karyerasında ilk dəfə Qətər çempionu olub. O, “Al-Sadd”ın heyətində 2015-ci ildən çıxış edirdi. Çempionluq onun komandasının tarixindən 14-cü tituldur.

Qeyd edəki ki, Xavi “Barselona”nın heyətində 8 dəfə İspaniya çempionu, 3 dəfə ölkə Kubokunun və 6 dəfə İspaniya Superkubokunun qalibi olub.

O, həmçinin 4 dəfə Çempionlar liqasının qalibidir. Xavi daha iki dəfə UEFA Supekubokunu və dünya klub çempionatında qalib gəlib.

Tanınmış yarımmüdafiəçi İspaniya millisinin heyətində 2010-cu ildə dünya çempionatını qazanıb, 2008 cə 2012-ci illərdə isə Avropa çempionatının qalibi olib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}