“Real” Eden Azarın transferini elan etdi
Tarix: 08-06-2019 00:20 | Bölmə: İdman
“Real” Eden Azarın transferini elan etdi

“Çelsi”nin yarımmüdafiəçisi Eden Azar karyerasını Madridin “Real” klubunda davam etdirəcək.

Reyting.az xarici mətbuata istinadən bildirir ki, “Kral klubu” və belçikalı futbolçu arasında razılaşma 5 mövsüm – 2024-cü ilin yayına qədər nəzərdə tutulur.

Oyunçu yaxın zamanda tibbi müayinədən keçəcək. Trasferin məbləği açıqlanmır. Ancaq bundan əvvəl KİV-lərdə yayılan məlumata görə, transferin məbləği 100 milyon avro təşkil edir.

28 yaşlı yarımmüdafiəçi ötən mövsümdə İngiltərə Premyer-liqasında 37 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə verib. Azar “Çelsi”nin heyətində Avropa liqasının qalibi olub.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}