16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiya millisi tarixinin ən böyük hesablı qələbəsini qazandı
Tarix: 09-06-2019 00:40 | Bölmə: İdman
Rusiya millisi tarixinin ən böyük hesablı qələbəsini qazandı

2020-ci ildə keçiriləcək Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda 13 oyun baş tutub.

Reyting.az xəbər verir ki, H qrupunda mübarizə aparan Türkiyə millisi dünya çempionu Fransa ilə qarşılaşıb.

Konyada keçirilən oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Rusiya San-Marinonu 9:0 məğlub edib. Bu, Rusiya millisinin tarixində ən böyük hesablı qələbəsidir.

Digər oyunların nəticələri belə olub:

B qrupu

Estoniya – Şimali İrlandiya – 1:2

Belarus – Almaniya – 0:2

E qrupu

Xorvatiya – Uels – 2:1

Azərbaycan – Macarıstan – 1:3

H qrupu

İslandiya – Albaniya – 1:0

Moldova – Andorra – 1:0

Türkiyə - Fransa – 2:0

İ qrupu

Rusiya – San-Marino – 9:0

Şotlandiya – Kipr – 2:1

Belçika – Qazaxıstan – 3:0

J qrupu

Finlandiya – Bosniya və Hersoqovina - 2:0

Ermənistan – Lixtenşeyn – 3:0

Yunanıstan – İtaliya 0:3

Xatırladaq ki, hər iki qrupdan ən yaxşı komanda turnirin final mərhələsinə vəsiqə qazanacaq. Final 2020-ci il iyunun 12-dən iyulun 12-dək Avropanın 12 ölkəsində keçiriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}