Məşhur futbolçu narkotikdən istifadəyə görə 2 illik cəzalandırıldı
Tarix: 18-10-2019 11:55 | Bölmə: İdman
Məşhur futbolçu narkotikdən istifadəyə görə 2 illik cəzalandırıldı

Braziliyanın “San Paulu” komandasının futbolçusu Qonsalo Karneyro narkotikdən istifadəyə görə 2 il müddətinə diskvalifikasiya olunub.

“Globo Esporte” portalı xəbər verir ki, bu barədə qərar Braziliyanın idman-antidopinq məhkəməsi tərəfindən qəbul olunub. Cəza müddəti 16 mart 2019-cu il tarixindən hesablanacaq.

24 yaşlı uruqvaylı hücumçunun vəkili Biçaru Netu cəzanın çox ağır olduğunu və qərardan apellyasiya şikayəti verəcəklərini bildirib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}