12:08 / 28-11-2024
Sabah yağış yağacaq
PFL xarici bukmeykerlə danışığı dayandırdı
Tarix: 01-11-2019 14:17 | Bölmə: İdman
PFL xarici bukmeykerlə danışığı dayandırdı

Peşəkar Futbol Liqasının Azərbaycan Premyer Liqasının sponsorluğu ilə bağlı xarici bukmeyker kontoru ilə apardığı danışıqlar dayandırılıb.

Reyting.az
xəbər verir ki, bunu Qol.az-a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Qeyd edək ki, bu mövsümün əvvəli bir neçə il çempionatın sponsoru olmuş Topaz Premyer Liqaya sponsorluqdan imtina edib. Bundan sonra R. Musayev xarici bukmeyker kontorlarından biri ilə danışıqlar aparıldığını söyləmişdi. Lakin Azərbaycan qanunlarına əsasən, ölkə ərazisində mərc oyunları hüququ yalnız Topaza məxsusdur. Qanunla Azərbaycanda xarici bukmeykor kontorlarının təbliği və təşviqi qadağan edilir.

Topazın yenidən Azərbaycan Premyer Liqasının sponsoru olacağı istisna edilmir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər