07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Azərbaycan güləşçisi medallarını İmam Rzanın Muzeyinə bağışlayır
Tarix: 03-11-2019 13:54 | Bölmə: İdman
Azərbaycan güləşçisi medallarını İmam Rzanın Muzeyinə bağışlayır

Azərbaycanlı güləşçi Cəbrayıl Həsənov Dünya və Olimpiya medallarını İmam Rza Muzeyinə hədiyyə etməyi planlaşdırır.

Reyting.az
“Khabaronline”-yə istinadla xəbər verir ki, o, “Too World Record” komandasının xarici güləşçisi kimi İranın İslam Azad Universitetində keçirələn yarışlara qoşulub.

Hazırda İslam Respublikasında olan Cəbrayıl Həsənov Olimpiya Oyunlarının bürünc medalını, Dünya çempionatında qazandığı iki gümüş və iki bürünc medalını İmam Rzanın Astan Qüdsi Rəzəvi Muzeyinə hədiyyə etməyi nəzərdə tutur.

Bununla əlaqədar Xorasan-e Rəzəvi əyalətinin nümayəndə heyətinin rəhbəri Seyyid Məsud Ər-Riyad deyib: "Cəbrayıl Həsənov şiə-müsəlmandır və İmam Rza (ə.) ilə bağlı bu cür alicənablıq edən ilk qeyri-iranlı idmançıdır. Bununla bağlı medalların təhvili mərasimi keçiriləcək”.

Bu arada, iranlı güləşçi Həsən Yəzdani də son həftələrdə medallarını İmam Rza Muzeyinə bağışlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}