İnyesta: “Barselona”ya baş məşqçi kimi qayıdacağam”
Tarix: 12-01-2020 00:58 | Bölmə: İdman
İnyesta: “Barselona”ya baş məşqçi kimi qayıdacağam”

Yaponiyanın “Vissel Kobe” klubunda oynayan “Barselona”nın əfsanəsi Andrea İnyesta verdiyi reportajda gələcək planları haqqında açıqlamaları ilə yadda qalıb.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, baş məşqçi olmaq istədiyini söyləyən İnyesta deyib: “Həyatımın bir nöqtəsində “Barselona”ya dönmək istəyirəm, amma hazırda sadəcə bir düşüncəmdir. İki il müqaviləm qalır və davam edəcək gücə sahib olmadığımı bilirəm. Bu müddət bitəndə baş məşqçi olmaq istəyirəm”.

Neymarın transferi haqında danışan təcrübəli yarımmüdafiəçinin fikrincə, o, dünyadakı ən yaxşı hücumçularından biridir. Bu transfer baş tutsaydı, “Barselona” üçün çox yaxşı bir həmlə olurdu”.

“Barselona”nın əzəlli rəqibi “Real”ı dəyərləndirən 35 yaşlı ispaniyalının sözlərinə görə, Madrid klubu gözləniləndən zəif başlasa da, amma hazırda iki klub da çempionatda yaxşı irəliləyir: “Barselona”nın “Real”dan zəif olduğunu gömrüməm və çox güclü bir komandamız olduğunu düşünürəm”.

22 il “Barselona”da forma geyən Andres İnyesta Yaponiyada bu mövsüm 24 oyunda 7 qol vurub, 6 məhsuldar ötürmə verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}