TƏBİB rəsmisi: "İdman zallarını kafe və restoranlarla müqayisə etmək düzgün deyil"
Tarix: 18-05-2020 17:52 | Bölmə: İdman
TƏBİB rəsmisi: "İdman zallarını kafe və restoranlarla müqayisə etmək düzgün deyil"

“İdman zalları qapalı məkanlarda yerləşir. Orada çoxlu insan aktiv idmanla məşğul olur. Bunu kafe və restoranlarla müqayisə etmək düzgün deyil. Aktiv idmanla məşğul olunan şəraitdə insanlarda tənəffüs də çox aktiv olur və tezləşir".

Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"Maskada idman etmək fiziki olaraq çox çətin olar. Hər bir açılan müəssisə üçün xüsusi sanitar qaydalar hazırlayırıq. Düşünürük ki, orada yoluxmalar artmasın. İdman zallarında vasitələrdən istifadə olunur, hansı ki, təmasla virusun yoluxmasına səbəb ola bilər", - o, vurğulayıb/Report




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər