İrəvanda iki futbolçu saxlanılıb
Tarix: 31-08-2020 13:55 | Bölmə: İdman
İrəvanda iki futbolçu saxlanılıb

Ermənistanın paytaxtı İrəvanda iki futbolçu saxlanılıb.

Məlumata görə, buna Edqar və Qor Malakyan qardaşları ilə yol polisi əməkdaşları arasında münaqişə səbəb olub.

Paytaxtın mərkəzində yaşanan hadisə zamanı futbolçular polisi təhqir edib, onlarla dava-dalaşa girib. Saxlanılanlara qarşı cinayət işi açılıb. Onlar hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə təqsirləndirilir.

Qeyd edək ki, “Pünik”də çıxış edən 26 yaşlı Qor Ermənistan yığmasına namizədlərdən sayılır. “Ararat”ın formasını geyinən 30 yaşlı Edqar da milliyə namizədlərdən biridir/Apasport




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}