"Qalatasaray"dan "Neftçi"yə ismarıc: "Yaxşı oynayan qalib gəlsin"
Tarix: 31-08-2020 16:17 | Bölmə: İdman
"Qalatasaray"dan "Neftçi"yə ismarıc: "Yaxşı oynayan qalib gəlsin"

Türkiyənin "Qalatasaray" klubu Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacağı "Neftçi"yə ismarıc göndərib.

Reyting.az
xəbər verir ki, "Aslan"ların "Twitter" hesabından Azərbaycan dilində belə paylaşım olunub: "AzərbayCAN’da görüşərik. Yaxşı oynayan qalib gəlsin".

Xatırladaq ki, "Neftçi" daha əvvəl "Twitter"də "Sizi gözləyirik, "Qalatasaray", We are waiting for you, "Qalatasaray" mesajı yayıb.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}