18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Bu gün “Neftçi”-“Qalatasaray” cütünün rəqibləri müəyyənləşəcək
Tarix: 01-09-2020 10:58 | Bölmə: İdman
Bu gün “Neftçi”-“Qalatasaray” cütünün rəqibləri müəyyənləşəcək

Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

Reyting.az
xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşkdə təmsilçimiz "Neftçi"nin də potensial rəqibi müəyyənləşəcək.

"Ağ-qaralar" 2-ci mərhələdəki rəqibi “Qalatasaray”ı (Türkiyə) mübarizədən kənarlaşdırsa, püşkdə güclü komandaların yer aldığı səpələnmişlər sırasında olacaq. Bu, İstanbul klubunun yüksək reytinqinə görədir.

“Neftçi” - “Qalatasaray” cütünün potensial rəqibləri aşağıdakı komandalardır:

“Sonderyuske”dir (Danimarka)

B-36 (Farer adaları)/TNS (Uels) cütünün qalibi

“Olimpiya” (Sloveniya)/“Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi

“Renova” (Şimali Makedoniya)/“Hayduk” (Xorvatiya) cütünün qalibi.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin oyunları sentyabrın 24-də keçiriləcək.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}