18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Bir komandanın 19 futbolçusu koronavirusa yoluxub
Tarix: 01-09-2020 11:03 | Bölmə: İdman
Bir komandanın 19 futbolçusu koronavirusa yoluxub

Argentinanın "Boka Xuniors" klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə Buenos-Ayres təmsilçisinin rəsmi saytında məlumat yayılıb. Məlumata görə, 19 futbolçunun testi müsbət nəticə göstərib. Oyunçuların yenidən testdən keçəcəyi bildirilib.

Komandanın məşqləri 72 saatlıq dayandırılıb.

Paytaxt klubu sentyabrın 17-də Libertadores kubokunda Paraqvayın "Libertad" klubu ilə qarşılaşmalıdır. Əgər klub o vaxta qədər heyəti qura bilməsə texniki məğlubiyyətlə üzləşəcək.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}