18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
"Neftçi" - "Qalatasaray" cütünün potensial rəqibləri məlum olub
Tarix: 01-09-2020 15:25 | Bölmə: İdman
"Neftçi" - "Qalatasaray" cütünün potensial rəqibləri məlum olub

"Neftçi"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. 

Reyting.az
-ın məlumatına görə, Azərbaycan təmsilçisi Türkiyənin "Qalatasaray" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, "Renova" (Şimali Makedoniya) - "Hayduk" (Split, Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək. 

Flaqman növbəti raunda yüksəlsə, yenə matçını evdə keçirəcək. 

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları 24 sentyabrda gerçəkləşəcək. Sentyabrın 17-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}