11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
"Zirə" klubunun legioneri milliyə dəvət alıb
Tarix: 27-10-2020 10:50 | Bölmə: İdman
"Zirə" klubunun legioneri milliyə dəvət alıb

Afrika Millətlər Kubokunda (CAN) Kamerunla qarşılaşacaq Mozambik yığmasının heyəti açıqlanıb.

Mozambik Futbol Federasiyasının rəsmi məlumatına əsasən, komandanın baş məşqçisi Luis Qonsalveş 23 futbolçuya dəvət göndərib.

Onların arasında hazırda Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə"nin hücumameylli yarımmüdafiəçisi Klesio Bauk da var.

İndiyədək millidə 31 oyun keçirmiş 26 yaşlı vinger 5 qol vurub. Klesio Bauk "Zirə"yə 2020/2021 mövsümünün əvvəlində "Qəbələ"dən keçib.

Qeyd edək ki, Mozambik yığması Kamerunla 2 oyun (12 və 16 noyabr) keçirəcək/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}