Rəqib komanda “Qarabağ”la oyuna ciddi itkilərlə çıxacaq
Tarix: 02-11-2020 10:08 | Bölmə: İdman
Rəqib komanda “Qarabağ”la oyuna ciddi itkilərlə çıxacaq

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"ı qəbul edəcək "Sivasspor"un heyətində ciddi itkilər var.

Reyting.az
bu barədə Türkiyə klubunun rəsmi saytında məlumat yayılıb. Üç futbolçunun qarşıdakı matçı buraxacağı dəqiqdir. Sol ayaq əzələsində yırtıq aşkarlanan ispaniyalı yarımmüdafiəçi Xorxe Feliks 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Sağ dizində problem aşkarlanan ukraynalı yarımmüdafiəçi Sergey Rıbalka və kapitan Ziya Erdalın bir həftədən sonra məşqlərə başlayacağı bildirilir.

Digər zədəli Marselo Qoyanonun müalicəsinin başa çatdığı və komanda ilə hazırlıq prosesinə qoşulacağı gözlənilir.

Ayağından əməliyyat olunmuş qabonlu müdafiəçi Aaron Appindanqoenin də müalicəsində sonuncu mərhələ başlayıb. Bu iki futbolçunun da "Qarabağ"la oyunda iştirakı sual altındadır.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}