Karantin qaydalarını pozan futbolçular komandadan kənarlaşdırılıb
Tarix: 02-11-2020 16:43 | Bölmə: İdman
Karantin qaydalarını pozan futbolçular komandadan kənarlaşdırılıb

Şotlandiyanın "Reyncers" klubunun futbolçuları Cordan Cons və Corc Edmundson cəzalandırılıblar.

Hər iki oyunçu karantin qaydalarını pozduqları üçün əsas komandadan kənarlaşdırılıb.

Yaşadıqları evi tərk edərək qonaqlığa getmiş futbolçular bu cəzadan sonra 2 həftəlik karantinə alınıblar.

Onlarla bağlı yekun qərar araşdırma başa çatdıqdan sonra veriləcək/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}