16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Türkiyə yığmasının baş məşqçisi və futbolçuları karantinə alınıb
Tarix: 12-11-2020 16:18 | Bölmə: İdman
Türkiyə yığmasının baş məşqçisi və futbolçuları karantinə alınıb

Türkiyə yığmasının futbolçuları və baş məşqçisi Şenol Günəş karantinə alınıb.

Türkiyə Futbol Federasiyasının məlumatına görə, buna səbəb həmin şəxslərin koronavirusa yoluxan Xorvatiya yığmasının müdafiəçisi Domaqoy Vida ilə təmas qurması olub.

Dünən İstanbulda baş tutan qarşılaşmanın (3:3) fasiləsində koronavirus testinin nəticəsinin pozitiv çıxdığı öyrənilən və bu üzdən əvəzlənən Vida ilə görüş ərzində təmas quran “ay-ulduzlular”ın bütün üzvləri kollektivdən uzaqlaşdırılıb. Baş məşqçi ilə yanaşı, adları açıqlanmayan oyunçular milli komandaların Rivadakı bazasında karantinə alınıblar. Bu gün onlardan növbəti test götürülüb. Testin nəticəsi açıqlandıqdan sonra buna uyğun addımlar atılacaq.

Qeyd edək ki, Türkiyə yığması Millətlər Liqasının son iki turu çərçivəsində noyabrın 15-də Rusiya, 18-də isə Macarıstanla qarşılaşacaq/APAsport




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}