13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Azərbaycan millisi son dəqiqədə məğlub olub
Tarix: 13-11-2020 00:04 | Bölmə: İdman
Azərbaycan millisi son dəqiqədə məğlub olub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Reyting.az
xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv İsveçrənin qonağı olub.

Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 22-ci dəqiqədə qonaq komandadan Ozan Can Kökçü açıb. 49-cu dəqiqədə Bastien Toma bərabərlik qolunu vurub.

Oyunda son nöqtəni isə 90+1-ci dəqiqədə Filip Stojilkoviç qoyub.

Hazırda Azərbaycan yığması 2-ci qrupda 6 xalla 6 komanda arasında 5-ci yerdə qərarlaşıb. Lakin 3 xalla son pillədə olan Lixtenşteynin ehtiyatda bir oyunu var. İsveçrə isə 9 oyundan 24 xalla 1-ci yerdə gedir.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər