"Neftçi"nin sabiq baş məşqçisi "Apollon" klubundan təklif alıb
Tarix: 13-11-2020 11:44 | Bölmə: İdman
"Neftçi"nin sabiq baş məşqçisi "Apollon" klubundan təklif alıb

"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin Kiprin "Apollon" klubundan təklif alıb.

"protathlima.com" xəbər verir ki, italiyalı mütəxəssis Limassol komandasının sükanı arxasına keçməyə ən real namizəddir.

Sofrinis Avqusti ilə yollarını ayıran "Apollon" rəhbərliyi Bordinlə danışıqlara başlamağa hazırlaşır. 2019-cu ildə də təcrübəli mütəxəssisin xidmətində maraqlı olmuş komanda bu dəfə onunla razılğa gəlməyə çalışacaq.

Qeyd edək ki, Roberto Bordin "Neftçi"yə 2018 - 2020-ci illərdə başçılıq edib. 2019/2020 mövsümünün sonunda "ağ-qaralar"dan ayrılan fransalı hücumçu Baqali Dabo isə hazırda "Apollon"da çıxış edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}