Tbilisidə federasiya nümayəndələri ilə azarkeşlər arasında dava düşüb​​​​​​​
Tarix: 13-11-2020 16:24 | Bölmə: İdman
Tbilisidə federasiya nümayəndələri ilə azarkeşlər arasında dava düşüb​​​​​​​

Gürcüstan Futbol Federasiyasının (GFF) binası qarşısında gənclər təşkilatlarının nümayəndələrinin aksiyasında dava-dalaş düşüb.

Aksiyaçılar Gürcüstan və Şimali Makedoniya yığmaları arasındakı qarşılaşmadan sonra azarkeşin cərimələnməsinə etiraz ediblər.

Gənclər aksiyanın sonunda GFF ofisinə Corc Oruellin “Heyvanxana” əsərini və boşalmış futbol topunu veriblər.

Dava-dalaş bir neçə dəqiqə davam edib. Aksiya iştirakçıları federasiya nümayəndələrini güc tətbiqində ittiham ediblər.

Qeyd edək ki, Tbilisidə keçirilmiş AVRO-2020-nin pley-off mərhələsinin final oyununda Gürcüstan millisi Şimali Makedoniyaya 0:1 hesabı ilə məğlub olub və qitə çempionatında iştirakdan məhrum olub.

Oyun saat 22:00-dan sonrayadək davam edib. Bu saatda isə Tbilisidə hərəkət məhdudlaşdırılır. Azarkeşlərdən biri oyundan sonra evinə qayıdarkən polis tərəfindən cərimələnib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}