UEFA “Tottenhem”i cərimələyib, baş məşqçiyə cəza tətbiq edib
Tarix: 14-11-2020 10:37 | Bölmə: İdman
UEFA “Tottenhem”i cərimələyib, baş məşqçiyə cəza tətbiq edib

UEFA “Tottenhem”i cərimələyib, baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.

Məlumata görə, “qırmızı şeytanlar” çempionatın 2-ci turunda “Antverpen”lə matçın gec başlamasında günahkar hesab edilib.

UEFA-nın İntizam Komitəsi gec starta görə klubu 25.000 avro, texniki avadanlıqlar üçün qoyulan qaydaları pozduğuna görə isə 3.000 avro məbləğində cərimələyib.

Bundan əlavə, Joze Mourinyo 1 oyunluq turnirdən uzaqlaşdırılıb. 57 yaşlı mütəxəssisin cəzası UEFA tərəfindən şərti hesab edilir.

Qeyd edək ki, “Tottenhem” Avropa Liqasının J qrupunda 3 matçdan sonra 6 xalla 2-ci pillədə qərarlaşıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}