07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Bəxtiyar Rəhmani: "Səbail"də bizi möhtəşəm oyunlar gözləyir”
Tarix: 15-11-2020 09:51 | Bölmə: İdman
Bəxtiyar Rəhmani: "Səbail"də bizi möhtəşəm oyunlar gözləyir”

"Səbail" komandasına qoşulmağımdan çox məmnunam. İnanıram ki, komanda ilə birlikdə bizi möhtəşəm oyunlar gözləyir”.

Reyting.az
xəbər verir ki, bu sözləri “Səbail”in yeni transferi Bəxtiyar Rəhmani klubun mətbuat xidmətinə açıqlamasında deyib. 29 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinə keçdikdən sonra komanda haqqında təəsüratlarını bölüşüb:

“Klub rəsmiləri və futbolçular məni çox yaxşı qarşıladılar, bunun üçün hər kəsə öz minnətdarlığımı bildirirəm. Burada uğurlar qazanmaq üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, biz birlikdə yüksək nailiyyətlərə imza ata bilərik. Mənim üçün bu yeni çağırışdır və mən inanıram ki, hər şey yaxşı olacaq!"

Qeyd edək ki, “Səbail” Bəxtiyar Rəhmani ilə bu mövsümün sonunadək müddəti olan müqavilə imzalayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}