Türkiyənin milli komandası Rusiyanı məğlub edib
Tarix: 15-11-2020 23:24 | Bölmə: İdman
Türkiyənin milli komandası Rusiyanı məğlub edib

Millətlər Liqasında V turda Türkiyə və Rusiya yığmaları qarşılaşıb.

İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda keçirilmiş oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.

Hesabı 11-ci dəqiqədə Denis Çerışev açıb. 24-cü dəqiqədə isə ruslar Andrey Semyonovun qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. Say üstünlüyündən "ay-ulduzlular" tezliklə yararlanmağı bacarıblar. 26-cı dəqiqədə Kenan Karaman, 32-ci dəqiqədə Cengiz Ünder fərqlənib.

52-ci dəqiqədə isə Cenk Tosun penaltini dəqiq yerinə yetirib. 57-ci dəqiqədə Daler Kuzyayev fərqi azaltsa da, Rusiya millisinin bundan artığına gücü çatmayıb.

Bu nəticədən sonra Rusiya 8 xalla 1-ci, ilk qələbəsinə imza atan Türkiyə 6 xalla 3-cü pillədə qalıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}