Millinin futbolçusu karyerasını başa vurub - Foto
Tarix: 16-11-2020 11:42 | Bölmə: İdman
Millinin futbolçusu karyerasını başa vurub

Argentina millisinin, İngiltərə "Liverpul"u və İspaniya "Barselona"sının sabiq futbolçusu Xavyer Maskerano karyerasını başa vurub.

Reyting.az
-ın məlumatına görə, bu barədə 36 yaşlı yarımmüdafiəçi "Goal" nəşrinə açıqlamasında deyib.

X. Maskerano bildirib ki, artıq futbolla vidalaşmağın vaxtı çatıb: "Son aylarda baş verənləri nəzərə alsaq, bu, ən düzgün qərardır. Hər zaman meydanda var gücümü ortaya qoymuşam. Bu gün eyni şeyləri etməyin mənim üçün çətin olduğunu görürəm. Mənə yenidən oynamaq şansı verən "Estudiantes" klubuna hörmətsizlik etmək istəmirəm".


X. Maskerano

Qeyd edək ki, Argentina yığmasında 140-dan çox oyun keçirmiş Maskerano 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının gümüş medallarını qazanıb. O, həmçinin millinin heyətində 2 dəfə olimpiadanın qalibi olub.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}