Ramil Şeydayev: "Ruhdan düşmürük"
Tarix: 16-11-2020 15:39 | Bölmə: İdman
Ramil Şeydayev: "Ruhdan düşmürük"

"Biz öz evimizə 3 xalı gətirə bilmədik, amma ruhdan düşmürük".

Bu fikirləri Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev UEFA Millətlər Liqasının V turunda Monteneqro ilə qolsuz heç-heçə etdikləri oyundan sonra instaqram hesabında yazıb.

"Sabah" klubunda çıxış edən 24 yaşlı hücumçu qrup mərhələsinin sonuncu turunda Lüksemburqla oynayacaqları matça hazırlaşdıqlarını vurğulayıb: "Biz komandayıq və mütləq uğura birlikdə nail olacağıq".

Qeyd edək ki, noyabrın 17-də "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}