13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Rusiyalı müdafiəçi oyunu satdığı üçün futboldan ömürlük kənarlaşdırılıb
Tarix: 16-11-2020 18:02 | Bölmə: İdman
Rusiyalı müdafiəçi oyunu satdığı üçün futboldan ömürlük kənarlaşdırılıb

Rusiyalı müdafiəçi Dmitri Aydov ömürlük futboldan kənarlaşdırılıb.

Bu barədə qərarı FİFA verib.

38 yaşlı futbolçu dünyanın heç bir ölkəsində futbol fəaliyyəti ilə məşğul ola bilməz. Onun FİFA və quruma üzv federasiyalar tərəfindən təşkil olunan bütün yarış və tədbirlərə girişinə qadağa qoyulub.

Buna səbəb Aydovun danışılmış oyunlarda iştirakı ilə bağlı araşdırmaların nəticəsidir. Onun çıxış etdiyi Belarusun “Qomel” klubunun iştirakı ilə iki belə hadisə aşkarlanıb. Hər iki oyunun verilməsində Dmitri təkbaşına iştirak edib.

O, 2018-ci il iyunun 13-də BATE ilə qarşılaşmaya (0:3) görə sabiq futbolçu Viktor Borovitskidən 12, on altı gün sonra Brest “Dinamo”suna yenilgi üçün (0:6) 10 min dollar alıb.

Qeyd edək ki, Aydov 2017-18-ci illərdə “Qomel”də oynayıb. Bunadək futbolçu Tula “Arsenal”ı, “Anji”, “Torpedo”, “Volqa” və “Nijni Novqorod”da çıxış edib. Hazırda isə Dmitri Nijni Novqorod “Lokomotiv”ini təmsil edir/ApaSport




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər