Azərbaycan kubokunda 12 komanda yarışacaq
Tarix: 17-11-2020 11:59 | Bölmə: İdman
Azərbaycan kubokunda 12 komanda yarışacaq

Azərbaycan kubokunda 2020/2021-ci illər mövsümünün iştirakçı komandaların sayı və püşkatmanın tarixi müəyyənləşib.

Reyting.az
saytının məlumatına görə, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” mübarizə aparacaq.

12 komandanın qatılacağı turnirin püşkatma mərasimi noyabrın 24-də AFFA-nın inzibati binasında keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}