13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
"Qarabağ"ın kapitanı koronavirusa yoluxub
Tarix: 17-11-2020 20:31 | Bölmə: İdman
"Qarabağ"ın kapitanı koronavirusa yoluxub

Azərbaycan millisinin və "Qarabağ" komandasının kapitanı Maksim Medvedev koronavirusa yoluxub.

Bu barədə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Assosiasiya rəsmisi bildirib ki, noyabrın 16-da 31 yaşlı müdafiəçinin temperaturu qalxıb: "Bu gün isə onun test nəticəsi müsbət olub. Milli komandanın digər oyunçularında və məşqçi heyətində virus aşkarlanmayıb".

Maksim Medvedev UEFA Millətlər Liqasının VI turunda bu gün Lüksemburqla matçı buraxacaq.

Daha əvvəl yığmanın digər iki futbolçusu - Təmkin Xəlilzadə və Rahil Məmmədovun koronavirusa yoluxduğu bəlli olub. Onlar Xorvatiyada karantinə alınıb.

Qeyd edək ki, "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər