13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Azərbaycan yığması son 14 ilin ikiqat antirekorduna imza atıb
Tarix: 18-11-2020 11:48 | Bölmə: İdman
Azərbaycan yığması son 14 ilin ikiqat antirekorduna imza atıb

Azərbaycan milli komandası son 14 ilin ikiqat antirekorduna imza atıb.

Apasport.az saytının məlumatına görə, yığmamız həm Millətlər Liqasını, həm də 2020-ci ili cəmi 2 qolla başa vurub.

Artıq 5 matçdır qol nə olduğunu bilməyən millimiz hər iki qola sentyabrda imza atıb. Millətlər Liqasının Lüksemburq (1:2) və Kiprlə (1:0) oyunlarından sonra futbolçularımız rəqib qapısının yolunu itiriblər.

Turnirin oktyabrda keçirilən görüşlərində Monteneqro (0:2) ilə Kipr, bu ay baş tutan Monteneqro (0:0) və Lüksemburqla (0:0) matçlarında rəqib qapıçılar qapısını toxunulmaz saxlamağa görə oyunçularımıza minnətdar olmalıdır. Sloveniya ilə yoldaşlıq görüşü də (0:0) istisna təşkil etmir.

Millimiz son 14 ildə heç vaxt bir təqvim ilində belə az qol vurmayıb. Həm də yığma bu müddətdə heç bir rəsmi turnirdə belə az qola sevinməyib. Bu isə o deməkdir ki, indiki AFFA rəhbərliyinin dövründə qeydə alınan ən zəif göstəricidir.

Ümumilikdə millinin hər iki antirekordu 1 qoldur. 1994-cü ildə cəmi bir dəfə fərqlənən yığma 1995, 2000, 2005 və 2006-cı illərdə indiki kimi 2 dəfə rəqib qapısına yol tapıb.

Turnirlərdəki – seçmə mərhələlər və Millətlər Liqasındakı qol sayına gəlincə, antirekord DÇ-2006-da qeydə alınıb. Futbolçularımız həmin seçmə mərhələdə 1 dəfə azarkeşləri sevindirib. AVRO-1996-da isə indiki kimi 2 qol qeydə alınıb.

Təbii ki, həm il, həm rəsmi turnirlərdəki qolların az və ya çox olmasına keçirilən oyunların sayı da təsir edib. Amma orta deyil, mütləq göstəricini əsas götürdükdə son 14 ilin 2 antirekordu rəsmiləşib.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər