13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Ansi Aqolli: "Qarabağ" Ağdamda oynasaydı, nəticələr fərqli olardı"
Tarix: 18-11-2020 14:50 | Bölmə: İdman
Ansi Aqolli: "Qarabağ" Ağdamda oynasaydı, nəticələr fərqli olardı"

"Qarabağ" bu mövsüm Avropa Liqasının qrup mərhələsində 3 oyun keçirib və bütün görüşlər səfərdə baş tutub. Belə olan halda komandanın nəticələri barədə fikir bildirmək çox çətindir".

Bunu ABŞ-ın "Nyu-York Kosmos" klubunun futbolçusu Ansi Aqolli sabiq komandasının çıxışını dəyərləndirərkən deyib.

Albaniyalı müdafiəçi bildirib ki, Azərbaycan təmsilçisi güclü rəqiblərlə evdə qarşılaşsaydı, hər şey fərqli ola bilərdi: "Komanda "Vilyarreal" kimi İspaniya nəhəngini Türkiyədə qəbul etdi. "Makkabi" və "Sivasspor" da çox yaxşı komandadır. Ev və səfər oyunları eyni olmur. "Qarabağ" hər 3 görüşünü Ağdamda keçirsəydi, eyni nəticə qeydə alınardı? Əlbəttə, yox. Doğma meydanda oynayanda nəticə də fərqli olur".

Ansi Aqolli "Qarabağ"ın formasını 2012 - 2017-ci illərdə geyinib/Report.

Qeyd edək ki, Avropa Liqasının I qrupunun ilk turunda İsraildə Tel-Əviv "Makkabi"sinə 0:1 hesabı ilə uduzan Azərbaycan çempionu 2-ci turda Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda İspaniya "Vilyarreal"ına yenilib - 1:3. Qurban Qurbanovun başçılıq etdiyi komanda daha sonra Türkiyə "Sivasspor"u ilə bacarmayıb - 0:2.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər