Norveç millisinə texniki məğlubiyyət verilib
Tarix: 18-11-2020 20:55 | Bölmə: İdman
Norveç millisinə texniki məğlubiyyət verilib

Millətlər Liqasının VI turunda Rumıniya ilə səfər matçını buraxan Norveç yığması texniki məğlubiyyətlə üzləşib.

Məlumata görə, UEFA Norveç Futbol Assosiasiyasına 5 gün vaxt verib.

Təşkilat qarşılaşmada iştirakdan imtinanın əsaslı səbəbini Avropa futbol qurumuna bildirməlidir.

Norveç tərəfi daha sonra apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, Norveç Səhiyyə Nazirliyi milli komandanın səfərə çıxmasına icazə verməyib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}